Modern.az

Yeni məktəb binası yararsız olduğuna görə söküldü

Yeni məktəb binası yararsız olduğuna görə söküldü

Təhsil

13 İyul 2023, 17:50

“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Hacıvar kənd tam orta məktəbi yeni inşa olunmasına baxmayaraq, layihəsi tamamilə yararsızdır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksi istifadəyə verilməsi zamanı sakinlərlə görüşdə deyib.

 

Teniki-tikinti normalarının kobud şəkildə pozulduğunu, bu səbəbdən də binanın sökülüdüyünü bildirən səlahiyyətli nümayəndə Hacıvar kənd tam orta məktəbinin müasir üslubda yenidən inşa olunacağını qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək