Modern.az

Zelenski tərəfdaşlara 48 dəfə təşəkkür etdi

Zelenski tərəfdaşlara 48 dəfə təşəkkür etdi

13 İyul 2023, 18:50

Ukrayna prezidenti Volodimir Zelenski xalqa videomüraciəti zamanı ölkənin qərbli tərəfdaşlarına silah və digər yardımlara görə 48 dəfə təşəkkür edib. 

 

Modern.az xəbər verir ki, Zelenskinin müraciəti onun "Telegram" kanalında yayımlanıb.

 

“Prezident Baydenə və bütün Amerikaya təşəkkür edirəm. Sammitin təşkilinə görə Litvaya təşəkkür edirəm. Niderland, Danimarka, Fransa və cənab prezident Emmanuel Makrona təşəkkür edirəm”, - deyə Zelenski qeyd edib. Videoda Ukrayna prezidenti NATO-nun demək olar ki, bütün ölkələrinə və onların liderinə təşəkkür edib.

 

Xatırladaq ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Zelenskini dəstəyə görə Qərbə təşəkkür etməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək