Modern.az

Ukrayna ordusu Baxmutda irəliləyir - Nazir müavini 

Ukrayna ordusu Baxmutda irəliləyir - Nazir müavini 

14 İyul 2023, 00:19

Ukrayna silahlı qüvvələri Donetsk və Zaporojye vilayətlərində irəliləməyə davam edir.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar özünün "Telegram" kanalında yazıb.

 

O qeyd edib ki, Ukrayna ordusu qismən uğur qazanır və hazırda əldə edilmiş ərazilərdə möhkəmlənir.

 

"Dünən olduğu kimi bu gün də Şərqdə gərgindir. Düşmən Kupyansk, Limansk, Avdiivsk və Marinsk istiqamətlərində hücumlarını davam etdirib", - açıqlamada deyilir.

 

Nazir müavininin sözlərinə görə, Baxmut istiqamətinin cənub cinahında döyüşlər davam edir və irəliləyiş var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək