Modern.az

Zəlzələ Tacikistan və Əfqanıstanı silkələdi 

Zəlzələ Tacikistan və Əfqanıstanı silkələdi 

14 İyul 2023, 08:07

Tacikistan və Əfqanıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

 

Bildirilib ki? yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:49-da qeydə alınıb. Təbiət hadisəsinin episentri Almatı şəhərindən 823 kilometr məsafədə yerləşib. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək