Modern.az

Jurnalistlər binasında 156-cı mənzilin sahibi bəlli oldu

Jurnalistlər binasında 156-cı mənzilin sahibi bəlli oldu

Təhsil

26 İyul 2013, 12:41

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün inşa edilmiş binada 156-cı mənzilin sahibi məlum olub. Modern.az- ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Movqe.az-a bu barədə açıqlama verib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün Bibiheybət qəsəbəsində inşa edilmiş binada 156-cı mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova verilib: "Cənab Prezident bu barədə müvafiq göstəriş verib və jurnalistlər üçün inşa olunmuş binadakı 156-cı mənzil  "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova təqdim edilib. Beləliklə bütün mənzillər tam şəkildə paylanmış olub".  


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım