Modern.az

Əsgər intihar etdi - Cinayət işi açıldı

Əsgər intihar etdi - Cinayət işi açıldı

Hadisə

14 İyul 2023, 10:52

Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı cinayət işi açılıb.

 

Bunu Modern.az-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

 

Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Nurəddin Sahib oğlunun ölüm faktı barədə Gəncə Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında həmin hərbi prokurorluğun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

 

Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

Qeyd edilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər