Azərbaycanın əksər ucqar bölgələrində vəkil çatışmazlığı var.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Fazil Mustafa bildirib.
“Bunun da bir səbəbi var. Qanunda qeyd olunur ki, vəkilin üç illik stajı olmalıdır. Bu, tələb çox absurddur. Türkiyədə belə bir müddəa yoxdur. Ona görə də bu müddəa aradan qaldırılmalıdır ki, vəkil çatışmazlığı aradan qaldırılsın. Heç olmasa imtahana girənlər üçün bir illik staj qeyd olunmalıdır”,- deyə deputat vurğulayıb.