Ermənistan-Rusiya Parlamentlərarası Komissiyasının əməkdaşlıq üzrə növbəti iclasının vaxtı və yeri məlum olub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, toplantı iyulun 19-22-də İrkutskda keçiriləcək.
Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyanın rəhbərlik etdiyi nümayəndə heyətində müxalifətin “Hayastan” fraksiyasından olan deputatlar da daxil olmaqla 8 parlamentari yer alıb.