Modern.az

Brüssel görüşünün saatı dəqiqləşdi

Brüssel görüşünün saatı dəqiqləşdi

14 İyul 2023, 12:56

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək üçtərəfli görüş 15 iyul tarixində, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bir həftəlik iş qrafikində qeyd olunub.

 

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi