Modern.az

Paşinyan Makronu Ermənistana dəvət etdi

Paşinyan Makronu Ermənistana dəvət etdi

Dünya

14 İyul 2023, 12:46

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu İrəvana rəsmi səfərə dəvət edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Paşinyan Bastiliyanın alınması günü ilə bağlı təbrikində bu barədə yazıb.

 

O, "Qarabağ məsələsinin həlli prosesində göstərdiyi səylərə görə" Fransa liderinə təşəkkür edib.

 

Paşinyan qeyd edib ki, İrəvan Parisin məsələyə diqqətini xüsusilə yüksək qiymətləndirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu