Modern.az

TQDK “2” alan abituriyentlərin sayını açıqladı

TQDK “2” alan abituriyentlərin sayını açıqladı

Təhsil

26 İyul 2013, 13:45


“Bizim gənclər təhsil almaq istəyirlər və bu motivasiyanı onlarda saxlamaq lazımdır. Çünki bir ildən sonar onlar yenidən imtahan verərkən çox aşağı nəticə göstərirlər”. Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə (TQDK) bu gün keçirdiyi mətbuat konfransında deyib.

TQDK sədri eyni zamanda buraxılış imtahanlarında hər hansı bir fəndən “2” qiyməti alan abituriyentlərin nəticələrini açıqlayıb.

“I qrupda 1962 abituriyent var idi ki, onların buraxılış imtahanlarında bir fənn üzrə bir “2” qiymət alıb. Bunlardan 74 nəfər 0 bal, 594 nəfər 0-20 bal, 577 nəfər 20-40 bal, 333 nəfər 40-60 bal, 168 nəfər 80-100 bal, 45 nəfər 100-120 bal, 26 nəfər 120-140 bal,  25 nəfər 140-160 val, 18 nəfər 60-180 bal, 4 nəfər 180-200 bal, 7 nəfər 200-220 bal, 3 nəfər 240-260 bal, 1 nəfər 280-300 arasında bal toplayıb. Araşdırmalarımız nəticəsində məlum olub ki, 150 baldan yuxarı bal toplayanlar Azərbaycan dilindən buraxılış imtahanlarında “2” qiyməti alanlardır. Onlar riyaziyyatdan 4-5 alıblar.   III ixtisas qrupunda hər hansı bir fəndən “2” qiymət alanlar 1270 nəfərdir. Bunlardan 78 nəfər 0 bal, 177 nəfər 0-20 bal, 224 nəfər 20-40 bal, 230 nəfər 40-60 bal, 186 nəfər 60-80 bal, 111 nəfər 80-100 bal, 78 nəfər 100-120 bal, 67 nəfər 120-140 bal, 45 nəfər 140-160 bal toplayıb. Bunların 96 faizi 200 baldan aşağı nəticə göstərib. III qrupda müsabiqədə iştirak etmək şərti 250-dir.  240-260 arasında 9 nəfər, 260-280 arasında 3 nəfər, 280-300 arasında 10 nəfər nəticə göstərənlər ana dilindən “5”, riyaziyyatdan “2” qiyməti alıblar. 1 nəfər isə attestatda hümanitar fənlərdən “5”, riyaziyyatdan “3”, burtaxılış imtahanında isə “2” alıb və o, 400-420 arasında nəticə göstərib. Bu bu ilin məzunlarıdır və onların ali məktəbdə oxumağa motivasiyası var.  Bir ildən sonra onlar imtahan verərkən çox aşağı nəticə göstərirlər”.   M.Abbaszadə eyni zamanda keçən ilin müsabiqə şərtləri əsasında ali məktəbə qəbul olanların sonrakı taleyinə də ayınlıq gətirib.

“Keçən il də biz I qrupun müsabiqə şərtlərini 150 bala salmışdıq. Bu balla ali təhsil müəssisələrinə qəbul olanlardan 20 nəfəri çıxarılıb. Onlar heç biri akdemik borca görə çıxarılmayıb. Onlar öz ərizələri ilə çıxıblar. 150-200 bal arasında qəbul olunanlar ali məktəb prorqramını mənimsəyə bilməsəydilər, sessiya imtahanlarını verə blməsəydilər, gərək onları hamısını xaric edərdilər. Biz buna hazır idik və gözləyirdik. Amma olmadı. Bilmirəm bu müsbət və ya mənfidir, heç səbəblərini də araşdırmamışam”.

  Aytən ƏLİYEVA    
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım