İrəvanda hava hücumu qorxusu - Həyəcanlı anlar yaşanır

İrəvanda hava hücumu qorxusu - Həyəcanlı anlar yaşanır

14 İyul 2023, 17:02

Ermənistanın paytaxtı İrəvanda həyəcanlı anlar yaşanır.

 

Modern.az xəbər verir ki, bu haqda "Hraparak" nəşri məlumat yayıb.

 

Bildirilib ki, İrəvanda binalara və yol kənarlarına hava hücumu siqnalından sonra necə hərəkət etmək barədə göstərişlərin yer aldığı vərəqlər vurulub.

 

Xəbərdaredici vərəqlər əsasən İrəvanın mərkəzində yerləşən Kentron rayonundakı binaların girişlərinə yapışdırılıb. Bununla vətəndaşlara hava hücumu siqnalından sonra davranış qaydaları izah edilir və ən yaxın sığınacaqların ünvanı göstərilir.

 

Qeyd edək ki, sözügedən elanın kimlər tərəfindən hazırlandığı və hansı məqsədlə binalara vurulduğu məlum deyil.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır