Modern.az

Koçaryan ailəsinin mülkləri əlindən alına bilər

Koçaryan ailəsinin mülkləri əlindən alına bilər

Dünya

14 İyul 2023, 17:20

Ermənistanın eks-prezidenti Robert Koçaryanın və onun ailə üzvlərinin əmlakı, avtomobilləri, pul əmanətləri  qeyri-qanuni mənşəyinə görə müsadirə oluna bilər.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Antikorrupsiya Məhkəməsi bununla bağlı müvafiq addımlar ata bilər.

 

Belə ki, məhkəmə Baş Prokurorluğun bəyanatı əsasında eks-prezidentin və ona bağlı şəxslərin əmlakına həbs qoyub.

 

Qeyd olunub ki, söhbət 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dram kreditlərdən, hətta erməni və xarici şirkətlərdəki səhmlərdən gedir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu