Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tailandda səfərdədir.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda qeyd olunub.
Nazir artıq Phuket şəhərindədir. O, Rusiyanın Phuketdəki Baş Konsulluğunun rəsmi açılış mərasimində iştirak edəcək.
Lavrov həmçinin Tailandın xarici işlər naziri ilə danışıqlar aparacaq.