Rusiya taxıl müqaviləsinin uzadılması ilə bağlı heç bir açıqlama verməyib.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov "İnterfaks"a açıqlamasında bildirib.
“Biz bununla bağlı heç bir açıqlama verməmişik”, – Peskov deyib.
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lər Rusiyanın taxıl sazişinin uzadılmasına razılıq verməsi barədə xəbər yayımlayıb.