Modern.az

56 yaşlı kişini balıq tutarkən "tok" vurdu

56 yaşlı kişini balıq tutarkən

Hadisə

14 İyul 2023, 22:45

Lənkəranda balıq tutan 56 yaşlı kişini cərəyan vuraraq öldürüb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib.

 

Belə ki, 1967-ci il təvəllüdlü kənd sakini Rövşən Dədəxan oğlu Yüzbaşıyev balıq ovlayarkən əlindəki qırmaq yüksəkgərginlikli elektrik xəttinə toxunub.

 

Bu zaman onu cərəyan vurub və hadisə yerində ölüb. Kənd sakinlərinin sözlərinə görə, əkin sahələrinin suvarılması üçün istifadə olunan su kanalında həvəskar balıqçılar ov edir. Kanalın yaxınlığından isə yüksəkgərginlikli elektrik xətti keçir.

 

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər