Modern.az

Gürcüstanın Yaponiyadakı səfirinə hücum edildi

Gürcüstanın Yaponiyadakı səfirinə hücum edildi

14 İyul 2023, 22:56

Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejavaya hücum olub.

 

Modern.az xəbər verir ki, bu barədə T.Lejava özünün tviter səhifəsində yazıb.

 

Səfir bildirir ki, iyulun 14-də Tokionun mərkəzi küçələrin birində naməlum şəxslər ona və sürücüyə hücum ediblər. Gözlənilmədən avtomobilin qabaq qapısını açan şəxs arxa oturacaqda əyləşən səfiri vurmağa cəhd edib. Lakin sürücünün ayıq-sayıqlığı nəticəsində onlar vəziyyətdən çıxa biliblər.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

 

Yaponiya polisi faktla bağlı araşdırma aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək