Modern.az

Dənizdə batan 49 yaşlı qadın xilas edildi - VİDEO

Dənizdə batan 49 yaşlı qadın xilas edildi - VİDEO

Hadisə

15 İyul 2023, 09:08

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.

 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər