Modern.az

Şagirdlərini zəhərləyən müəllim edam edildi

Şagirdlərini zəhərləyən müəllim edam edildi

Dünya

15 İyul 2023, 09:36

Çinin Henan əyalətində işlədiyi məktəbdə şagirdlərin yeməyinə kimyəvi maddə qataraq bir nəfərin ölümünə səbəb olan, 25 nəfəri zəhərləyən müəllim Vanq Yun edam edilib.

 

Modern.az “Hürriyet”ə istinadən xəbər verir ki, Yun başqa bir müəllimlə yaşadığı problem səbəbindən belə cinayət törətdiyini açıqlayıb.

 

Məlumata görə, 40 yaşlı Van 2019-cu il martın 27-də Sun soyadlı həmkarı ilə “şagirdlərin idarə edilməsi” məsələsi ətrafında mübahisə edib. Bundan sonra o, uşaqların sıyığına zəhərli natrium nitrit qatıb.

 

Nəticədə uşaqlardan biri orqan çatışmazlığı səbəbindən ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək