Modern.az

Simonyan və Sobçakı öldürmək istədilər - Sui-qəsd planı

Simonyan və Sobçakı öldürmək istədilər - Sui-qəsd planı

Dünya

15 İyul 2023, 14:56

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “RT" telekanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya FTX yayıb.

 

Bildirilib ki, iyulun 14-də Moskva və Ryazan vilayətində kəşfiyyat aparan "Paraqraf-88" neonasist qruplaşmasının üzvləri saxlanılıb.

 

"Həmin şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərəkət ediblər. Onlar hər qətlə görə 1,5 milyon rubl mükafat alacaqlarını təsdiqləyiblər", - deyə FTX-nin yaydığı məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək