PKK (Kürd Fəhlə Partiyası) ilə Türkiyə hökuməti arasında əldə edilən barışıq anlaşması pozula bilər. Modern.az xəbər verir ki, həbsdə olan kürd lideri Abdulla Öcalanın bu barədə müraciəti yayımlanıb. O, bildirib ki, Türkiyə hökuməti oktyabrın 15-nə kimi münaqişənin həlli istiqmətində konkret addımlar atmasa əldə edilən barışıq ləğv ediləcək.
A.Öcalanın müraciətini Kürd İcması Birliyinin üzvü Sabri Ok Almaniyanın Welle radiosuna müsahibəsində açıqlayıb. O, deyib ki, PKK Türkiyə hökuməti lazımı addımlar atacaq deyə, sonsuzadək gözləmək niyyətində deyil. “ Bizim səbrimizin də bir həddi var və az vaxt qalıb. Bu proses bizim tərəfimizdən ləngidilmir. Biz öz üzərimizə düşəni etdik. Bizim liderimiz (A. Öcalan) bir müddət əvvəl elan edib ki, Ankara oktyabrın 15-nə kimi öhtəliyinə götürdüyü lazımı tədbirləri həyata keçirməsə barışıq ləğv ediləcək.”
Elçin MURAD