Modern.az

İtaliyanın hava məkanı iflic oldu

İtaliyanın hava məkanı iflic oldu

Dünya

15 İyul 2023, 16:48

İtaliyada aeroport işçiləri kütləvi tətəilə başlayıb.

 

Modern.az-ın məlumatına görə, ölkənin aviasektorunda dörd böyük şirkətin həmkarlar ittifaqının (Filt Cgil, Fit-Ci, Uiltrasporti, Ugl Ta) çağırışı ilə işçilər və bəzi pilotlar 10.00-18.00 saatlarında 8 saatlıq tətil elan edib.

 

İşçilər kütləvi tətilə səbəb kimi iş müqavilələrinin 6 ildir yenilənməməsini göstərib.

 

Tətil nəticəsində Romanın Fiumicino aeroportunda 140 uçuşun, Milano Malpensa aeroportunda da 150 uçuşun ləğv edildiyi, ümumilikdə 250 min insanın bundan təsirlənəcəyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək