Modern.az

Görüş çox məhsuldar keçib - Mişeldən ilk açıqlama

Görüş çox məhsuldar keçib - Mişeldən ilk açıqlama

15 İyul 2023, 19:29

"Bugünkü görüş çox məhsuldar keçib”.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra deyib.

 

“Biz altıncı görüşü yenicə başa vurduq. Bu, çox məhsuldar oldu. Biz səylərimizdə çox mühüm dövr keçirik”, - S.Mişel bildirib.

 

Onun sözlərinə görə, görüş zamanı iki ölkə liderləri 1991-ci il “Almatı Bəyannaməsi”nə, eləcə də ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini təsdiqləyiblər.

Bu xəbər ilə bağlı
Brüsseldə üçtərəfli görüş başa çatdı - YENİLƏNİB
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular