Modern.az

İsveçdə İncil və Tövrat yandırılmadı

İsveçdə İncil və Tövrat yandırılmadı

Dünya

15 İyul 2023, 21:21

İsrailin Stokholmdakı səfirliyi qarşısında Tövrat və İncil kitablarını yandırmaq üçün icazə alan şəxs bundan imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Times of İsrael" qəzeti yazıb.

 

Bildirilir ki, həmin şəxs şənbə günü günortadan sonra əlində Quran kitabı ilə İsrail səfirliyi önünə gəlib və heç vaxt yəhudi və ya xristianların müqəddəs kitablarını yandırmaq niyyətində olmadığını, sadəcə olaraq Quranın yandırılmasına etiraz etmək üçün gəldiyini diqqətə çatdırıb.

 

İsveçin SVT kanalına bildirib ki, şəxs əlində tutduğu alışqanı yerə atıb və ona lazım olmadığını deyib.

 

“Mən müsəlmanam, biz (kitabları) yandırmırıq. Mən göstərmək istəyirəm ki, bir-birimizə hörmət etməliyik", - o vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək