Modern.az

Ukrayna ordusunun əks-hücumu niyə səngiyib?

Ukrayna ordusunun əks-hücumu niyə səngiyib?

Dünya

15 İyul 2023, 21:51

ABŞ və Avropa rəsmilərinin bildirdiyinə görə, Ukraynanın əks-hücumunun ilk iki həftəsində döyüş meydanına göndərilən silahların 20%-ə qədəri zədələnib və ya məhv edilib. 

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

 

Bildirilir ki, məhv edilən texnikalar arasında Qərbin göndərdiyi zirehli maşınlar və tanklar da var.

 

Nəşr qeyd edir ki, Ukrayna ordusunun əks-hücum əməliyyatı səngiyib, hətta bəzi yerlərdə dayanıb. 

 

Ekspertlərin fikrincə, Ukraynanın kampaniyanın ilkin mərhələsində kifayət qədər ciddi itkilərə məruz qalması təəccüblü deyil. Çünki, Rusiya əks-hücuma yaxşı hazırlaşıb, ciddi maneələr yaradıb.

 

Müəllifin sözlərinə görə, Ukrayna əks-hücum strategiyasına yenidən baxa bilər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək