Modern.az

İstanbulda əcnəbilərə yaşamaq icazəsi verilməsi DAYANDIRILIB

İstanbulda əcnəbilərə yaşamaq icazəsi verilməsi DAYANDIRILIB

Dünya

15 İyul 2023, 23:21

Türkiyə Daxili İşlər Nazirliyi İstanbul şəhərinin bütün ərazisində əcnəbilərə yaşamaq icazəsi verilməsini qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti yazıb.

 

Qadağa təhlükəsizlik, səhiyyə, təhsil və beynəlxalq ticarətlə bağlı "məcburi hallar" səbəbindən yaşamaq icazəsi almaq istəyənlərə şamil edilməyəcək.

 

Qeyd olunur ki, məhdudiyyət 2022-ci il oktyabrın 7-dən qüvvədə olsa da, bu ilin mart ayına qədər şəhərin yalnız 10 bölgəsində qüvvədə olub. Mart ayından etibarən isə şəhərin bütün ərazisində qadağa tətbiq edilib.

 

Nəşr İstanbul Miqrasiya İdarəsinin ötənilki məlumatlarına istinadən qeyd edir ki, şəhər sakinləri arasında əcnəbilərin xüsusi çəkisi təxminən 8% təşkil edir. Rəsmi rəqəmlərə görə, 15.9 milyon əhalisi olan İstanbul şəhərində 535 025 nəfər Suriya vətəndaşı var.

 

Qəzetin yazdığına görə, son iki həftə ərzində İstanbul polisi 5 minə yaxın qeyri-qanuni miqrantı saxlayıb və onları deportasiya mərkəzlərinə göndərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək