İkinci Qarabağ müharibəsində şəhid olan Altay və Elgün Mövlanov qardaşlarının atası Tahir Mövlanov dünyasını dəyişib.
Bu barədə Modern.az-a şəhid atasının yaxınları məlumat verib.
Bildirilib ki, Tahir Mövlanov axşam saatlarında Lerik rayonunda vəfat edib.
Xatırladaq ki, şəhid qardaşlar Vətən müharibəsinin ilk günlərindən fəallıqları ilə seçiliblər. Elgün Mövlanov 2020-ci il sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Elgün həm də İkinci Qarabağ müharibəsində Lerikin ilk şəhidi olub.
Onun qardaşı, müddətdən artıq hərbi xidmət edən Altay isə bir ay sonra, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Hər iki qardaş Lerikdə yan-yana dəfn olunublar.
Qeyd edək ki, Tahir Mövlanov Umummilli Lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan, "çoban Xanış" kimi tanınan mərhum Xanış Şahıyevin oğludur.
Onu da bildirək ki, mərhum T.Mövlanovun qardaşı da 1-ci Qarabağ müharibəsində şəhid olub.
Allah rəhmət eləsin!