Modern.az

İsraildə 150 mindən çox insan etiraza qalxdı 

İsraildə 150 mindən çox insan etiraza qalxdı 

Dünya

16 İyul 2023, 08:30

İsrailin paytaxtı Təl-Əvivdə məhkəmə islahatlarına qarşı keçirilən etiraz aksiyasında 150 mindən çox insan iştirak edib. 

 

Modern.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.

 

28-ci dəfədir keçirilən aksiyada etirazçılar əllərində “Bayden bizi xilas et” yazılan plakatlar tutaraq ABŞ prezidenti Co Baydeni İsrail baş naziri Benyamin Netanyahuya təzyiq göstərməyə çağırıb.

 

Son günlər etirazlar daha da artıb, müxalifət iyulun sonunda hökumətin məhkəmə sisteminə düzəlişləri qəbul edəcəyini və yay tətilinə çıxacağını gözləyir. 

 

İyulun 15-də İsrail hökumətinin iclası 73 yaşlı baş nazir Benyamin Netanyahunun xəstəliyi ilə əlaqədar iyulun 17-nə təxirə salınıb.

 

Mart ayından bəri İsraildə məhkəmə islahatları ilə əlaqədar genişmiqyaslı etirazlar keçirilir. Dəyişikliklərə əsasən, hökumət hakimlərin təyinatına və Ali Məhkəmənin səlahiyyətlərinin azaldılmasına nəzarət edəcək. Etirazlara görə qanun layihəsinə baxılması yaya qədər təxirə salınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək