Lənkəran şəhərinin Qurumba kəndində “Ford” markalı yük avtomobili yanıb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.