Modern.az

Günəşdə 3 partlayış oldu

Günəşdə 3 partlayış oldu

17 İyul 2023, 08:14

İyulun 16-da Günəşdə M sinfinə aid üç partlayış baş verib.


Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb.


İlk partlayış Bakı vaxtı ilə saat 10:26-da baş verib və təxminən 14 dəqiqə davam edib. Partlayış Yer kürəsində qısadalğalı radiorabitəsində nasazlıqlara səbəb olub.


İkinci hadisə saat 17:08-də qeydə alınıb, təxminən 15 dəqiqə davam edib. Mütəxəssislər üçüncü partlayışı saat 19:46-da qeydə alıblar, onun müddəti təxminən 28 dəqiqə olub.


Qeyd edək ki, Günəşdə partlayışlar gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər