Modern.az

Leysan 49 nəfərin həyatına son qoydu

Leysan 49 nəfərin həyatına son qoydu

17 İyul 2023, 08:27

Cənubi Koreyada şiddətli yağışların səbəb olduğu fəsadlar, o cümlədən daşqın, sürüşmə, palçıq axını nəticəsində ölənlərin sayı 49-a çatıb, azı 9 nəfər itkin hesab olunur.


Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə gündür davam edən leysan yağışları ölkənin müxtəlif bölgələrində infrastruktura, fərdi evlərə xeyli ziyan vurub. Ölüm hallarının çoxu torpaq sürüşməsi nəticəsində baş verib.

 

Bundan başqa, Şimali Çunqçonq vilayətində avtomobil yolundakı 685 metr uzunluğunda tunelə su dolması nəticəsində 15 avtomobil tuneldə qalıb. Xilasedicilər həmin tuneldəki avtobusdan 13 nəfərin meyitini çıxarıb, 9 nəfər isə xilas edilib. Tunel hadisəsindən başqa, ölkənin müxtəlif yerlərində ən azı 10 avtomobilin daşqın sularında batması barədə məlumat var. Həmin avtomobillərdə insanların ölməsi ehtimalı böyükdür.
Leysan yağışları səbəbindən 14 şəhər üzrə təxminən 10 mindən çox sakin təxliyə edilib. Ölkə üzrə 220 avtomobil yolu bağlanıb, 139 yola zərər dəyib.

 

Habelə müntəzəm və sürətli qatarların hərəkəti dayandırılıb, 30 minə yaxın evin elektrik təchizatı kəsilib. Kənd Təsərrüfatı Nazirliyi 20 min hektar əkin sahəsini bu basdığını, 560 min baş heyvanın tələf olduğunu açıqlayıb.


Meteorologiya xidməti şiddətli yağışların qarşıdakı bir neçə gün davam edəcəyini proqnozlaşdırıb. Bu səbəbdən əhaliyə xəbərdarlıq elan edib. Daxili İşlər Nazirliyi isə ən yuxarı səviyyədə böhran xəbərdarlığı elan edilib. Prezident Yun Sok Yol dövlət qurumlarına təbii fəlakətlə mübarizə üçün bütün qüvvələrin səfərbər edilməsini tapşırıb. Xilasetmə və təbii fəlakətlə mübarizə işlərinə hərbçilər də cəlb olunub.

 

Təbii fəlakətlə mübarizə qərargahına Baş nazir Han Dok-su rəhbərlik edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər