Gəncədə inzibati binada yanğın olub.
Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində ümumi sahəsi 6 m² olan elektrik otağında 1 ədəd elektrik lövhəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
****
09:46
Gəncədə yanğın hadisəsi baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Sözügedən ərazidə Gəncə şəhər Nizami rayon icra hakimiyyətinin binasında anidən yanğın olub. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.