"Krım körpüsündə baş verən partlayışlarla bağlı məlumat Rusiyanın təxribatı ola bilər".
Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun "Cənub" qrupunun sözçüsü Natalya Qumenyuk bildirib.
“Olsun ki, bu ərazidə gəmi qruplaşmasının bu qədər cəmləşməsi və “taxıl sövdələşməsi”nin uzadılması məsələsi fonunda ümumi gərginlik Krımın işğalçı hakimiyyət orqanları tərəfindən yaradılıb və dərhal "çox yüksək səslə" xəbər yayılması bu cür təxribatlar üçün xarakterikdir. Təcavüzkar ölkənin problemlərinin həlli üçün tipik bir yoldur", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.