Modern.az

Geomaqnit qasırğası olacaq - Bu tarixdə

Geomaqnit qasırğası olacaq - Bu tarixdə

17 İyul 2023, 11:50

16 iyul axşam saatlarından başlayaraq G1 (zəif) səviyyəli geomaqnit qasırğası qeydə alınıb.

 

Şamaxı Astrofizika Rəsədxanasından Modern.az-a verilən xəbərə görə, Günəş küləyinin sürətinin də 17-19 iyul tarixlərində yenidən yüksələcəyi gözlənilir.

 

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.

 

16 iyul saat 13:20-də gələn şok dalğasının təsiri ilə S1 səviyyəli radiasiya qasırğası baş verib, sonra isə geomaqnit sahəsinin aktivliyi G1 səviyyəsinə kimi yüksəlib. 17-18 iyulda Tac Kütlə Atılmalarının təsiri ilə G2 (orta) səviyyəli geomaqnit qasırğasının olacağı, 19 iyuldan sonra isə yavaş-yavaş təsirin zəifləyəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər