2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk əcnəbi futbolçu keçidini rəsmiləşdirib.
Klubdan Modern.az-a verilən məlumata görə, komanda son mövsüm Bolqarıstan “Lokomotiv”ində (Plovdiv) çıxış etmiş estoniyalı hücumçu Erik Sorqa ilə danışıqları müsbət yekunlaşdırıb.
Onunla 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sorqa Estoniyanın “Legion”, “Flora”, ABŞ-nin “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo” və İsveçin “Höteborq” klublarının da şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığmalarına da cəlb olunub.