Modern.az

ALP sədri: “Rəsul Quliyev “gəlmə” deyirsə, buna diqqətli yanaşmaq lazımdır” - MÖVQE

ALP sədri: “Rəsul Quliyev “gəlmə” deyirsə, buna diqqətli yanaşmaq lazımdır” - MÖVQE

Təhsil

27 İyul 2013, 16:12

“Rəsul bəy yetərincə məlumatlı insandır. Hesab edirəm ki, onun məsələdən xəbərdar olmağına diqqətlə yanaşmaq lazımdır”. Bunu Modern.az saytına açıqlamasında ALP sədri, Milli Şura üzvü Əvəz Temirxan keçmiş spiker Rəsul Quliyevin Rüstəm İbrahimbəyovun Azərbaycana hələlik qayıtmamağı ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. ALP sədri bildirib ki, məsələ barədə hələlik bunları deyə bilər.

O, vahid namizəd ətrafında son zamanlar müxalifət daxilində səngimək bilməyə müzakirələrə də toxunub. “Bir də onu demək istəyirəm ki, Rüstəm İbrahimbəyov gəlincə müxalifət daxilində vahid və əlavə namizəd qovğasını dayandırmaq lazımdır”-deyə Ə.Temirxan Müsavat Partiyasına mesaj verib.

  Xatırladaq ki, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, keçmiş eks-spiker Rəsul Quliyev Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişi ilə bağlı həyəcanlı çağırış edib. O qeyd edib ki, Rüstəm İbrahimbəyov ölkəyə qayıtsa, onu həbs edə bilərlər. “Düşünürəm ki, Rüstəm İbrahimbəyov Bakıya gəlməzdən öncə hansısa bir ölkədə Milli Şuranın bir sıra üzvləri ilə görüşməli və dərindən müzakirə etməlidir. Gərək bütün qüvvələri Rüstəm İbrahimbəyovun həbs edilməməsi üçün səfərbər edək”-deyə R. Quliyev qeyd edib. 

Aqşin Kərimov      
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım