Modern.az

Avtomobil kanala aşdı, sürücü öldü 

Avtomobil kanala aşdı, sürücü öldü 

Hadisə

18 İyul 2023, 23:53

İmişlidə yol qəzası baş verib, avtomobil su kanalına aşıb və bir nəfər ölüb.

 

Modern.az xəbər verir ki, hadisə saat 22 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

14-BF-338 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb.

 

Hadisə zamanı avtomobilin sürücüsü ölüb. Fakt araşdırılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər