Modern.az

Gədəbəyin deputatı 200 seçicisini dinləyib - FOTO

Gədəbəyin deputatı 200 seçicisini dinləyib - FOTO

Təhsil

28 İyul 2013, 10:35

103 saylı Gədəbəy seçki dairəsi üzrə Milli Məclisin deputatı Sevinc Hüseynova rayonun Çanaqçı, Qoşabulaq, Talakənd kəndlərində seşicilərlə görüşlər keçirib. Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, görüşlərdə 200-dən çox seçici iştirak edib. Seçiciləri maraqlandıran mövzular ətrafında söhbətlər aparılıb və onların sualları cavablandırılıb. Seçicilər tərəfindən qaldırılan məsələlər əsasən kəndlərə qaz xətlərinin çəkilməsi, kəndarası yollarin təmir edilməsi barədə olub. Millət vəkili seçicilər tərəfindən qaldırılan məsələlərə münasibət bildirdirərək rayonda yaşayış məntəqələrinin qazlaşdırılması və digər həyata keçirilən layihələr haqqında söz açıb. Bu zaman çərçivəsində Gədəbəy Mədəniyyət Evində millət vəkili Sevinc Hüseynovanın təşəbbüskarlığı ilə ərsəyə gələn “Alınmaz Qalanın Qəhrəmanları” sənədli bədii filmi rayon ictimaiyyətinə təqdimat edilib. S.Hüseynovanın giriş nitqi ilə açılan təqdimat mərasimində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, o cümlədən bir sıra idarə, müəssisə rəhbərləri, şəhid ailələri, ziyalılar və digər ictimai nümayəndələr iştirak edib. Filmin nümayişindən sonra Rayon İcra Hakimiyyətinin başçısı R.Yediyarov layihə ilə bağlı çıxış edərək, bu təşəbbüskarlığı yüksək qiymətləndirib.



Modern.az

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım