“Barselona” klubu Oriol Romeunun transferini açıqlayıb.
Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm “Jirona”da çıxış edən yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə üçillik müqavilə imzalayıb.
31 yaşlı Romeu karyerasına “Uldecona” və “Espanyol” akademiyalarında başlayıb. Daha sonra yeddi il “Barselona”da çıxış edib. Daha sonra “Çelsi”, “Valensiya, “Southempton” klublarında oynayıb və 2022-ci ildə “Jirona”ya keçib.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi ötən mövsüm 33 oyunda meydana çıxıb və iki qol vurub.