Modern.az

\"Sabah\" \"Olimpiakos\"la heç-heçə etdi

\

19 İyul 2023, 15:48

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” son yoxlama oyununu keçirib.

 

Modern.az-ın məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu kollektiv Yunanıstan təmsilçisi "Olimpiakos"la üz-üzə gəlib.

 

Kematen stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun heyətində Davit Volkov 42-ci dəqiqədə fərqlənib.

 

Qeyd edək ki, "Sabah" daha əvvəl Qətərin "Əl-Sədd" komandasını 3:1 hesabı ilə üstələyib, ikinci görüşündə isə Almaniya “Sankt-Pauli”sinə uduzub - 1:4.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi