Modern.az

YAP qeydiyyata alınıb? - Hakim partiyadan AÇIQLAMA

YAP qeydiyyata alınıb? - Hakim partiyadan AÇIQLAMA

19 İyul 2023, 16:44

Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

 

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL və Müsavat partiyaları da var. Nazirlik hər iki siyasi partiyaya sənədləri qaydasına salmaq üçün vaxt verib.

 

Müxalifət partiyalarından fərqli olaraq hakim Yeni Azərbaycan Partiyasının (YAP) Ədliyyə Nazirliyində qeydiyyata alındığı deyilir. 

 

Modern.az məlumatı dəqiqləşdirmək üçün YAP İdarə Heyətinin üzvü, deputat Azər Badamovla əlaqə saxlayıb.

 

O təmsil olunduğu partiyanın qeydiyyatla bağlı problemlə üzləşmədiyini söyləyib.

 

"Siyasi partiyalar haqqında" qanuna əsasən bütün siyasi partiyalar Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçməlidir. Bu proses davam edir. Yeni Azərbaycan Partiyasının qeydiyyatdan keçməsi ilə bağlı heç bir çətinliyi yoxdur. Çünki YAP 800 minə yaxın üzvünü birləşdirməklə regionun ən böyük siyasi gücüdür. Yeni qanunun tələbləri ilə bağlı YAP-da heç bir problem yoxdur. Hansı siyasi partiya müvafiq qanunun tələblərinə cavab verən səviyyədə sənədlərini təqdim edə bilməyibsə, təbii ki, o siyasi partiya ləğv olunur", - deyə YAP təmsilçisi vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü