Modern.az

Bakıda qadına qarşı soyğunçuluq edildi

Bakıda qadına qarşı soyğunçuluq edildi

20 İyul 2023, 10:28

Bakıda qadına qarşı soyğunçuluq edilib.

 

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 17-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini olan bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

 

Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 29 yaşlı Mansur Əliyev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu