“Ölkələrdə prezident vətəndaşların seçki hüquqlarının bərpa olunmasında böyük rol oynayır”. Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Dairə Seçki Komissiyaları sədrləri üçün keçirilən treninqdə çıxış edən MSK sədri qeyd edib ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün lazımi şərait mövcuddur. “Hər bir partiyaya seçkilərdə iştirak etmək üçün şərait yaradılıb. KİV-də heç bir nəzarət yoxdur”, – deyən M. Pənahov seçkilərin yüksək səviyyədə keçirilməsi üçün DSK və məntəqə seçki komissiyaları yüksək peşəkarlığa malik olduğunu vurğulayıb. “Əsas vəzifəmiz Seçki Məcəlləsinə uyğun addımlar atmasına nail olmaq və seçkilərin nəticələrini operativ və vaxtında çatdırmaqdır”.
“ Bəzi qüvvələr başqa ölkələrdə olduğu kimi seçki prosesinin özbaşına buraxılmasını istəyirlər”.
Bu fikirləri isəZ. Nağdəliyev qeyd edib ki, ötən seçkilərdə məntəqələrin 10 faizində seçkilərin gedişini internet vasitəsi ilə izləmək mümkün idisə, qarşıdan gələn prezident seçkilərində bu rəqəm 20 faizə qaldırılacaq: “Azərbaycanda seçkilər şəffaf keçirilməlidir. Bizim hazırlığımız da buna imkan verir. Seçicinin adı siyahıda olmasa, sonuncu günə kimi öz adını siyahıya əlavə etdirə bilər. Dünyanın bir çox inkişaf etmiş ölkələrində belə imkan yoxdur. Elə etməliyik ki, hamı yüksək peşəkarlığın şahidi olsun. Dünya görsün ki, Azərbaycanda seçkilər necə demokratik, şəffaf, ədalətli keçirilir”.
Modern.az