Modern.az

Gürcüstandan ən çox deportasiya edilənlər azərbaycanlılardır

Gürcüstandan ən çox deportasiya edilənlər azərbaycanlılardır

20 İyul 2023, 17:00

Cari ilin ikinci rübündə 19 Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya edilib.


Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.


Bildirilib ki, Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarından 10 nəfəri yetkinlik yaşına çatmayanlar, 2-si 18-25, 3-ü 26-40 və 4-ü 41-65 yaşlılardır.


Bu il ümumilikdə 32 Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya olunub. İlin birinci yarısında Gürcüstandan deportasiya olunanların əksəriyyətini Azərbaycan vətəndaşları təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi