Modern.az

Türkiyə Avropa İttifaqına üzv olmaqdan uzaqdır - Almaniya XİN

Türkiyə Avropa İttifaqına üzv olmaqdan uzaqdır - Almaniya XİN

Dünya

20 İyul 2023, 17:50

Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması prosesi nəinki dayanıb, əksinə dalana dirənib.


Modern.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

 

Onun sözlərinə görə, İttifaqın yeni üzvlüklə bağlı hər kəsə bəlli olan qaydaları mövcuddur. 

 

“Türkiyənin üzvlük perspektivləri, prosesləri və tərəqqisinin son illərdə nəinki dayanması, hətta deyərdim ki, dərindən dondurulması da onunla izah olunur ki, danışıqlar üçün zəruri olan əsas müddəalar, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi nəinki həyata keçirilməyib, hətta ondan uzaqdır”,- deyə Berbok vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi