Türkiyəli müğənni Baha Boduroğlu vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
76 yaşlı müğənni-bəstəkar ürək çatışmazlığından müalicə alırdı.
"Başımda dumanlı gənclik" albomundan "Ateş Böcegim" mahnısı ilə tanınan Baha Boduroğlu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.