Modern.az

Kissincer Çin lideri ilə nəyi müzakirə edib?

Kissincer Çin lideri ilə nəyi müzakirə edib?

20 İyul 2023, 19:20

Xəbər verdiyimiz kimi, bu gün ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Çin lideri Si Cinpinlə görüşüb.

 

Modern.az bildirir ki, Honq-Konqun “South China Morning Post” qəzeti görüşün bəzi detallarını öyrənib.

 

Rəsmi açıqlamada görüşün təfərrüatları barədə informasiya yer almayıb.

 

Qəzet bildirir ki, Kissincer Çin hakimiyyətinin düşüncəsini daha yaxşı başa düşmək məqsədilə Si Cinpinlə görüşüb.

 

Nəşr yazır ki, Henri Kissincer Si Cinpinlə söhbətlə bağlı təəssüratlarını ABŞ hakimiyyəti ilə bölüşəcək. Görüş zamanı Çin lideri Henri Kissincerə deyib ki, o və digər keçmiş ABŞ liderləri ABŞ-Çin münasibətlərini normallaşdırmaq üçün "düzgün seçim" ediblər.

 

Həmçinin bildirilir ki, Kissincer səfəri zamanı Çin rəhbərliyi ilə çoxlu “səmimi söhbətlər” aparmağa ümid edir, çünki bu cür söhbətlər rəsmi səfərlər zamanı daha çətin olur.

 

Xatırladaq ki, Henri Kissincer iyulun 18-də Pekinə gəlib. O, Çinin müdafiə naziri Li Şanfu ilə görüşüb, onunla iki ölkə və silahlı qüvvələr arasında əlaqələrin inkişafı məsələlərini müzakirə edib. İyulun 19-da isə Henri Kissincer Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının kansler departamentinin rəhbəri Vanq Yi ilə görüş keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi