Modern.az

Hacıqabulda ağır qəza - Ölən var

Hacıqabulda ağır qəza - Ölən var

20 İyul 2023, 22:58

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Padarçöl kəndində qeydə alınıb.

 

Qəza zamanı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

 

Nəticədə Sabirabad rayon sakinləri, Rəhimov Həsən Arif oğlu, 2000-ci il təvəllüdlü Abdullazadə Rəşid Rəşad oğlu, 2005-ci il təvəllüdlü Gülməmmədov Amin Vasif oğlu və Nurlan Abdullayev Seymur oğlu müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Digər ağır yaralı Sabirabad sakini, 2003-cü il təvəllüdlü Quliyev Fərhad Ədalət oğlu xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər