Modern.az

XİN-dən “David Qareci”yə dair rəsmi AÇIQLAMA: “Məsələ kilsə ilə bağlı deyil”

XİN-dən “David Qareci”yə dair rəsmi AÇIQLAMA: “Məsələ kilsə ilə bağlı deyil”

Təhsil

29 İyul 2013, 12:19

“Sərhəd məsələləri daimi olaraq ekspertlər tərəfindən müzakirə olunur. Azərbaycan və Gürcüstan ekspertləri daimi olaraq bunu müzakirə edirlər”. Bunu Modern.az saytına açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Keşikşi Dağ kilsəsi ilə bağlı Gürcüstan tərəfinin səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. XİN rəsmisi qeyd edib ki, müştərək komissiyalar çərçivəsində məsələlər müzakirə olunur. “Məsələ əsas kilsə ilə bağlı deyil. Burda söhbət sərhədlərin delimitasiyasından gedir”-deyə E. Abdullayev vurğulayıb.

  Xatırladaq ki, Gürcüstan xarici işlər naziri Maya Pancikidze gürcü KİV-lərinə açıqlamasında bu istiqamətdə danışıqların davam etdiyini deyib. O qeyd edib ki, Keşikçi Dağ kilsəsi ilə bağlı Azərbaycan və Gürcüstan tərəfi qəti qərara gələ bilməyiblər. “Biz daim Azərbaycan tərəfi ilə bu mövzu ətrafında məsləhətləşmələr aparırıq. Mən bunu problem adlandırmazdm. Ona görə ki, biz tərəfdaş və dost ölkələrik və bütün problemləri həll edə bilərik”-deyə gürcü XİN rəhbəri bildirib.  

 

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım