Modern.az

Magistraturaya elektron sənəd qəbulu başladı

Magistraturaya elektron sənəd qəbulu başladı

21 İyul 2023, 10:58

Bu gündən ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu başlayıb.

 

Modern.az xəbər verir ki, müraciətçilər //portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

 

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

 

Elektron sistem üzrə qeydiyyat prosesi iyulun 31-i saat 18:00-da yekunlaşacaq.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək